Milli Aviasiya Akademiyasının tələbəsi vəfat edib.
HİT.az “Unikal”a istinadən xəbər verir ki, akademiyanın 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-u dünyasını dəyişib.
Onun hansı səbəbdən həyatını itirməsi qeyd edilməyib. Bildirilib ki, mərhumun atası da iki il əvvəl vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini olan Q.Alıyevin meyiti oktyabrın 18-i saat 17 radələrində kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.