Azərbaycanlı fəhlə Türkiyədə faciəli şəkildə ölüb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Iğdırın Topçular məhəlləsindəki tikinti sahəsində baş verib.
Belə ki, binanın lift sisteminin quraşdırılması üçün istifadə edilən qurğu qəfil aşıb. Beşinci mərtəbədə işləyən fəhlələr liftin şaxtasına yıxılıb.
Yarallılar təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar. Onlardan biri - 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Babək Nəcəfov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən ürəktutmadan vəfat edib. 1984-cü il təvəllüdlü digər işçi Sənani Fətullayev isə xəsatəxanaya yerləşdirilib.





