Bu gün uşaqların ən sevimli oyuncaqlarından biri skuterdir.
Travmatoloq İlham Hüseynov Hit.az-a deyib ki, uşaqların yaşına və fiziki imkanlarına uyğun avadanlıq seçilməldir.
8 yaşına qədər uşaqlar yalnız böyüklərin nəzarəti altında bu kimi vasitələrdən istifadə etməlidir:
"İnsanların çox olduğu, nəqliyyat vasitələrin hərəkət etdiyi, qaranlıq yerlərdə sürmək olmaz. Skuter və skeytbord sürərkən qulaqlıqlardan və telefondan istifadə etmək qadağandır".
Sevinc


