Avtomobil qaçıran şəxs saxlanıldı

HADİSƏ
20:56 / 02.11.2025
55

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb.

DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Araşdırma aparılır.

0