İmişlidə hamilə qadın xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.
Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.
Faktla bağlı araşdırma aparılır.


