Lənkəranda yanmış iki meyit aşkarlandı

HADİSƏ
16:25 / 16.11.2025
37

Lənkəran rayonunun Göyşaban kəndi ərazisindəki məişət tullantıları poliqonunda yanmış iki meyit aşkarlanıb.

"Report"un cənub bürosunun məlumatına görə, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Onların kimliyi və hansı şəraitdə öldükləri araşdırılır. Hər iki şəxsin kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0