Azərbaycanlı Rusiyada arvadını xilas edərkən öldü- VİDEO

HADİSƏ
11:44 / 18.11.2025
40

Rusiyanın Moskva vilayətində kafedə yanğın baş verib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Vidnoe şəhərində qeydə alınan hadisə nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb. 

Yanğına elektrik xəttindəki nasazlığın səbəb olduğu ehtimal edilir. 

Oxu.az-ın məlumatına görə, ölənlərdən biri Azərbaycan vətəndaşıdır. Həmin şəxsin Goranboy rayonunun Xoylu kənd sakini Elbrus Qasımov olduğu bildirilib.

Uzun müddət Rusiyada yaşayan E.Qasımovun yanan kafedə olan həyat yoldaşını xilas etmək üçün özünü oda atdığı qeyd olunub.

Hazırda həmyerlimizin nəşinin Azərbaycana yola salınması üçün tədbirlər görülür.

E.Qasımovun xanımı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

0