Bakıda itkin düşmüş 17 yaşlı qız tapılıb

HADİSƏ
10:34 / 20.11.2025
36

Bakıda itkin düşən qız tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, itkin düşmüş kimi axtarışı elan edilən 17 yaşlı qızın tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Aliyə Seymur qızı Balənmədova noyabrın 18-də Nizami rayonu, Qara Qarayev prospekti, ev 93 ünvanından çıxaraq naməlum istiqamətdə gedərək itkin düşmüşdü.

0