Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, naməlum şəxslər günorta saatlarında mağazalardan birində alış-veriş edən şəhər sakininin çantasından içərisində 600 manat olan pulqabını, digər zərərçəkmişin əl çantasından isə 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.
Hər üç fakt üzrə araşdırmalar aparılır.


