Bakıda “Hyundai Santafe”dən 6 700 manat oğurlandı

HADİSƏ
22:13 / 25.11.2025
35

Bakıda avtomobildən oğurluq hadisəsi baş verib. 

Hit.az xəbər verir ki, naməlum şəxs Binəqədi rayonu, İ.Dadaşov küçəsində dayanmış “Hyundai Santafe” markalı avtomobildən 6 700 manat məbləğində nağd pulu gizli şəkildə talayıb.

Avtomobilin sahibi hüquq-mühafizə orqanlarına müraciəıt etdikdən sonra hadisəni törətməkdə şübhəli bilinən Afiq Hüseynov (ad və soyad şərtidir) şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib. 

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Abbas

0