3 yaşlı uşaq hovuzda boğularaq öldü

HADİSƏ
09:43 / 09.12.2025
39

Tovuz rayonunda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün rayonun Düz Qırıqlı kəndində baş verib.

Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü H. Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0