Bakıda küçədə yıxılan qadın aldığı xəsarətdən ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində Yeni Ramana qəsəbəsinin ərazisində baş verib.
Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Nərgiz Məmmədova yıxılaraq başının daşa dəyməsi nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


