Azərbaycanda qonşunun internetinə qoşulmaq istəyən şəxs başına iş açıb

HADİSƏ
13:31 / 09.12.2025
38

Şəmkirdə qonşusunun internetinə qoşulmaq istəyən 2002-ci il təvəllüdlü Röyal Qasımov başına iş açıb.

Teleqraf xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, içkili halda üzbəüz qonşunun evinə internetə qoşulmaq üçün daxil olan 23 yaşlı gəncin əməli Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edilib.

Mənzildə yaşayanın iradəsinin ziddinə mənzilə daxil olmaqda təqsirləndirilən şəxs 2000 manat məbləğində cərimə edilib.

Röyal Qasımov istintaq dövründə 1 ay 17 gün həbsdə olduğu üçün onun cəriməsi 1000 manata endirilib.

0