41 yaşlı məntəqə sədri faciəvi şəkildə öldü

HADİSƏ
09:43 / 15.12.2025
121

Quba rayon sakini dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev özünə məxsus Quba rayon Dağlı kəndindəki evdə dəm qazından boğulub.

Onun meyiti hamam otağında aşkar edilib.

Bildirilib ki, V. Atayev Dağlı kənd orta məktəbinin fiziki tərbiyə üzrə rəhbəri və 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri imiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0