Bakıda tələbə universitetdə yıxılaraq xəsarət aldı

HADİSƏ
16:39 / 15.12.2025
48

Sosial mediada Azərbaycan Universitetində tələbənin 4-cü mərtəbədən yıxılması ilə bağlı məlumatlar yayılıb.

AzEdu.az mövzu ilə bağlı Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova ilə əlaqə saxlayıb.

Bildirilib ki, sosial mediada yayılan məlumat doğrudur. Lakin tələbə 4-cü mərtəbədən deyil, mənfi 1-ci mərtəbədən mənfi 2-ci mərtəbəyə yıxılıb.

Qeyd olunub ki, mənfi 1-ci mərtəbə ilə mənfi 2-ci mərtəbə arasında üzərinə çıxmaq qadağan olunduğunu bildirən xəbərdarlıq lövhəsi olan yüngül panel mövcuddur. Tələbə isə hər hansı bir əşyanı götürmək istəyərkən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Universitet tərəfindən tələbəyə dərhal ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım çağırılıb. Tələbə xəstəxanaya aparılıb, valideynlərinə məlumat verilib. Xəstəxanada bütün müayinələr aparıldıqdan sonra tələbənin vəziyyətinin yaxşı olduğu müəyyən edilib və o, evə buraxılıb.

Hazırda universitet rəhbərliyi həm tələbə, həm də valideynləri ilə davamlı şəkildə əlaqə saxlayır.


 

0