Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüb.
Hit.az-ın məlumatına görə, hadisə Babək rayonunun Hacıvar kəndində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Altay Cəfərov və 1998-ci il təvəllüdlü həyat yoldaşı Səmənnaz Cəfərova dəm qazından boğularaq ölüb.
Faktla bağlı Babək rayon Prokrorluğunda araşdırma aparılır.


