Ötən gün Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb.
HİT.az "Unikal”a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.
Mərhumun həyat yoldaşı 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib.
Onların 2 yaşlı övladı isə həmin gün nənəsigildə olub.



