Bakıda 21 yaşlı taksi sürücüsü tanış olduğu müştəri qızı şantaj etdi – TƏFƏRRÜAT

HADİSƏ
10:12 / 25.12.2025
43

Bakının Nərimanov rayonunda 21 yaşlı oğlan sevgi münasibətində olduğu qıza hədə-qorxu gəlib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 2004-cü il təvəllüdlü Sadiq Bəşirov dekabrın 24-də sevgi münasibətində olduğu Samirəni (ad-soyad şərti verilib – red.) təhqir edib və onu hədələyib.

Bu barədə 16-cı polis bölməsində izahat verən Samirə bildirib ki, Sadiq ilə taksidə tanış olublar: “Bundan sonra Sadiq məni narahat etməyə başladı. Sadiqə sevdiyim olduğunu bildirsəm də, o,mənə onunla sevgili olmasam, məni biabır edəcəyini dedi. Məni narahat etməyə başladı”.

İş üzrə izahat verən Sadiqin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olur: “Samirə ilə taksidə tanış olmuşam. Onu sevirəm, onunla ailə qurmaq istəyirəm”.

Sadiq Bəşirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 50 manat miqdarında cərimə olunub.

0