İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.
ASCO-dan HİT.az-a verilən xəbərə görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
13.31
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.
HİT.az xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.


