25 yaşlı oğlan faciəvi şəkildə öldü

HADİSƏ
09:29 / 15.01.2026
49

Bakıda daha bir nəfər dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu Süleyman Tağızadə küçəsində baş verib.

2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

0