Həmin mərkəzlə bağlı faktlar üzə çıxdı - Zorla saxlanılırmış

HADİSƏ
17:00 / 19.01.2026
51

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" Reabilitasiya Mərkəzi ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, orada müalicə alan şəxslərdən biri metal əşya udaraq intihara cəhd edib. Buna səbəb isə həmin şəxsin orada zorla saxlanılması olub. 

Müalicə alan şəxs oranı tərk etmək istəsə də, buna imkan verilməyib, zorla azadlığı məhdudlaşdırılıb.

Eyni zamanda mərkəzdə müalicəsini başa vurmuş şəxslərin işçi kimi çalışdırıldığı faktları da üzə çıxıb. Həmin şəxslərin digərlərinin müalicə prosesində hansı formada iştirak etdiyi isə məlum deyil.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunda  cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl həmin mərkəzdə müalicə alan Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə də reabilitasiya mərkəzini tərk edib.
 

0