“Dalton İntizar” Azərbaycanda saxlanıldı - FOTO

HADİSƏ
10:54 / 24.01.2026
91
Türkiyədə fəaliyyət göstərən "Daltonlar" cinayətkar qruplaşmasının üzvü və qəfəs döyüşçüsü, "Dalton İntizar" ləqəbli İntizar Babaniyazov Azərbaycanda saxlanılıb və Türkiyəyə aparılıb.
 
Qaynarinfo bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər erir.
 
İntizar Babaniyazovun "Daltonlar"un İstanbulda həyata keçirdiyi bəzi silahlı hücumların göstərişini verən şəxs olduğu iddia edilir.
 
"İstanbul Şəhər Polis İdarəsinin rəisi Səlami Yıldız vəzifəyə başladıqdan sonra silahlı dəstələrə qarşı qətiyyətli mübarizə mərhələsinə keçən və çəkindirici əməliyyatlar həyata keçirən İstanbul polisi "Yeni nəsil cinayət təşkilatları"na qarşı daha bir mühüm əməliyyat reallaşdırıb. "Daltonlar" təşkilatının üzvü, "Dalton İntizar" ləqəbli İntizar Babaniyazov Azərbaycanda saxlanılıb və ölkəmizə gətirilib", deyə "Sabah" yazır.
 
Türkmənistan vətəndaşı olan və peşəkar qəfəs döyüşçüsü imi tanınan İntizar Babaniyazov İstanbul Polisi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə İdarəsində aparılan qanuni prosedurlardan sonra məhkəməyə göndərilib, barəsində həbs qətimkan tədbiri seçilərək Maltəpə həbsxanasına yerləşdirilib.
 
Bildirilir ki, İntizar Babaniyazov "Daltonlar” təşkilatının yeni hədəfi olan və təşkilatlanma fəaliyyətlərinə başladığı "xaricdəki strukturlar” çərçivəsində görüntülü və səsli zənglər vasitəsilə insanları hədələyərək təşkilat adından pul tələb edən üzvlər arasında yer alıb.
 



0