Qış fəslində insanları narahat edən əsas problemlərdən biri də məhz dəm qazı təhlükəsidir.
Demək olar ki, hər il çoxlu sayda insan dəm qazının qurbanına çevrilir. Təəssüf ki, son 10 gün ərzində Azərbaycanda dəm qazından zəhərlənmə halları nəticəsində 17 nəfər həyatını itirib. Üstəlik, ölüm faktları əsasən yaşayış evlərində qazla işləyən cihazların təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən qeydə alınıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib ki, qaz cihazları yalnız təhlükəsiz və normativlərə uyğun şəkildə istismar edilməlidir:

"Ümumiyyətlə, qaz cihazı olan hər bir otaqda havalandırma sistemi mütləq şəkildə işlək vəziyyətdə olmalıdır. Çünki otaqda hava dövranı olmadıqda, habelə ventilyasiya və tüstü bacası işləməyəndə karbon monoksid sürətlə toplanır. Bu isə insan həyatı üçün ciddi təhlükə deməkdir. Lakin təhlükəsizlik tələblərinə əməl edildiyi halda, dəm qazı ilə bağlı risklər ciddi şəkildə azalır. Ona görə də bütün bunlara ciddi yanaşmaq lazımdır".
Günel

