Xəbər verdiyimiz kimi, bu gün YPX əməkdaşları tərəfindən kənar dairəvi yolda Səid adlı 8 yaşlı uşaq tapılıb. O, anasından küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.
Bununla bağlı video yayıldıqdan qısa müddət sonra azyaşlının valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
8 yaşlı Səidin anası Gülçöhrə Hacıyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun küsməsinə səbəb küçədə uşaqlarla dalaşması olub:
“Oğlum uşaqlarla birgə küçədə oynayırdı. Top üstündə dalaşırdılar. Mən də acıqlanıb topu əlindən aldım. Sonra baxdım ki, yoxdur. Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı. 1 saat onu axtarmışam. Yəni ciddi bir şey olmayıb”.


