Şagird məktəbə, sinifə silahla necə daxil olub?

HADİSƏ
14:14 / 06.02.2026
52

Məlum olduğu kimi, Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib. 

Hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb. Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb. 

Hadisənin təhsil ocağında baş verməsi, məktəblinin silahla sinifə daxil olması bir sıra sualların yaranmasına səbəb olur. Bu hadisə təhsil ocaqlarında təhlükəsizlik məsələsini yenidən aktuallaşdırır. Baş vermiş hadisə onu göstərir ki, dövlət və ya özəl məktəblərdə mühafizə sistemi aşağı səviyyədədir, təhlükəsizlik qorunmur, şagird rahat şəkildə silahla sinifə daxil olur və bunu heç kimin ruhu da duymur...

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, şagirdin məktəbə silah gətirməsi, silahdan rahat istifadə edə bilməsi valideyn nəzarətinin aşağı səviyyədə olduğunu göstərir:

391397

"Bununla yanaşı,məktəbdə mühafizə sisteminin zəif olduğunu da görünür. Çünki şagird məktəbə hər hansı bir soyuq və ya odlu silah gətirməsi dərhal aşkar edilməlidir. Həmçinin, məktəbə daxil olanlar xüsusi cihazlar vasitəsilə yoxlanılmalıdır. Bütün bunlara görə sözügedən hadisədə məsuliyyət tamamilə özəl təhsil müəssisəsinin üzərindədir. Aıçəkilən təhsil müəssisəsi özəl olduğuna görə məsuliyyəti də birbaşa özü daşıyır".

Günel

0