Dünən Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın qeydə alınıb.
HİT.az Unikal-a istinadən xəbər verir ki, araşdırmalar zamanı alovlanan villanın sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətində olduğu müəyyənləşib.
Bildirilib ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəsi - Yuqra diasporunun rəhbəri, həmçinin "Azərbaycan-Surqut” Regional Milli-mədəni İctimai Birliyinin sədri vəzifəsini daşıyır.
Sahibkarın Rusiyada diaspor rəhbəri postuna ötən il təyin edildiyi qeyd olunub.
M.Xanəhmədovun diaspor rəhbərliyinə gətirilməsinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin dəstəyi ilə həyata keçirildiyi bildirilir.
İş adamının altı övladı var.



