Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşi cinayəti bir daha pisləyirik.
Hit.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Xocalıda yaşanan, uşaq və qadınları hədəf alan vəhşilik tarixə insanlıq adına ləkə kimi düşüb. Qətlə yetirilən 613 qardaşımızın, yaralananların və itkinlərin xatirəsini daima yad edirik. Xocalı qətliamında həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, - bəyanatda deyilir.


