Marketlərdən oğurluq edən şəxslər saxlanılıblar

HADİSƏ
20:23 / 26.02.2026
59

Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

Hit.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar. Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub. 

Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub. Faktlarla bağlı araşdırma aparılır.

0