Axtarışda olan 128 nəfər saxlanılıb

HADİSƏ
10:30 / 03.03.2026
46

Martın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Hit.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşlarının martın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda, martın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

0