31 aptekdə müxtəlif nöqsanlar aşkar edildi

HADİSƏ
11:45 / 04.03.2026
39

2026-cı ilin fevral ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 98 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Hit.az xəbər verir ki, keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

0