Özünü bank işçisi kimi təqdim edən şəxs saxlanıldı

HADİSƏ
15:45 / 04.03.2026
46

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Hit.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

0