İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə müəllimlər və şagirdlər təxliyə edilib.
Hit.az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:
"Təxliyə şagirdlərin təhlükəsizliyi məqsədilə həyata keçirilib".


