Qanunsuz saxlanılan 4 avtomat, 14 tüfəng aşkar edildi

HADİSƏ
11:38 / 09.03.2026
58

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

HİT.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

0