Bakıya sərnişin daşıyan avtomobil Masallıda qəzaya uğrayıb, ölən var

HADİSƏ
13:58 / 27.03.2026
46

Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.

 

"Report"un məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

 

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.

0