Ötən gün 21 kiloqramdan çox narkotik aşkarlanıb

HADİSƏ
10:58 / 29.03.2026
56

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Hit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, ötən polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron da aşkarlayıblar.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

0