Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində hərəkət bərpa olundu

HADİSƏ
16:38 / 30.03.2026
46

Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində hərəkət bərpa olunub.

Bu barədə HİT.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində - paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi:

"Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub".

0