16 yaşlı qız binadan yıxıldı - Bir müddət əvvəl anasını itirib...

HADİSƏ
17:17 / 02.04.2026
44

Dünən saat 13 radələrində Sumqayıtda 16 yaşlı qız binadan yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sumqayıtda qeydə alınıb. Şəhər sakini, 2010-cu il təvəllüdlü F. İsayeva yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən F.İsayevanın vəziyyətinin ağır olduğu bildirilir. 

Lent.az-ın məlumatına görə, F.İsayeva bir müddət əvvəl anasını itiribmiş. O, Sumqayıt şəhər 11 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

0