Tovuzda qaçırılan qızın nənəsi və oğlanın atası açıqlamalar veriblər.
HİT.Az xəbər verir ki, qaçırılan qızın nənəsi Elminaz Cəfərova "Teleqraf"a bildirib ki, nəvəsi qaçmağa razılıq verməyib:
"Bir-birilərini yeni tanımışdılar. Qız razılıq verməyib, oğlan zorla qaçırıb. Qızın valideynləri də razı deyildilər. Qız bizə qonaq gəlib-gedirdi".
Oğlanın atası Cəlal Məmmədov isə bildirib ki, hər ikisi bir-birilərini seviblər: "Birlikdə şəkilləri var. Qızı tort almaq adı ilə aparıb. Bizdə qız qaçırmaq adəti var".


