Xəzərdə zəlzələ qeydə alınıb.
Bu barədə HİT.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.
Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
13.18
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
HİT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ 35 km dərinlikdə qeydə alınıb.
Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

