Qubanın Qonaqkəndində torpaq sürüşməsi olub, rayonla kəndləri birləşdirən yol sıradan çıxıb

HADİSƏ
11:47 / 12.04.2026
52

Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunur ki, hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.

Bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.

Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb.

0