Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanıldı

HADİSƏ
14:00 / 12.04.2026
49

Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən HİT.az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


 

0