Heç biri bağışlamadı, məhkəmə zalında həbs olundu

HADİSƏ
23:34 / 12.05.2026
50

Ötən ilin iyun ayında Füzulinin Qayıdış qəsəbəsində üç nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına “KİA” markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Qənbərov Aftandil çıxarılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən öncə o, idarə etdiyi avtomobillə “Opel” markalı avtomobili ötmək istəyib. Bu zaman “Opel” onun qarşısına keçib və bundan sonrakı hadisələri xatırlamıdığını deyib. Qarşıdan gələn "Mercedes"i isə ümumiyyətlə, görmədiyini bildirib.

0