Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı -TƏFƏRRÜAT

HADİSƏ
19:59 / 24.05.2026
43

Kürdəmir rayonunda əri tərəfində qətlə yetirildiyi bildirilən 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirova ilə bağlı təfərrüat məlum olub.

Lamiyənin anası Baku TV-yə bildirib ki, qızının qətlə yetirilməsinə səbəb onun işləmək istəyi olub.

"Aralarında söz-söhbətlər olurdu. Qız işləmək istəyirdi. Yoldaşı isə deyirdi ki, işləyə bilməzsən, başına oyun açacağam. Görüb ki, Lamiyə marketdə işləyir, işə gedərkən gəlib bıçaqla hücum edib. Qonşu gəlib dedi ki, qız yolda qanın içində qalıb", - mərhumun anası bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cütlük 2024-cü ildə ailə qurub və onların bir yaş yarımlıq övladı var. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

0