Sumqayıtda 20 yaşlı qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Yaxınları onun itkin düşməsi barədə polisə müraciət ediblər.
Ayseli görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat vermələri xahiş olunur.


