Evində yıxılandan 4 gün sonra öldü

HADİSƏ
16:14 / 03.07.2026
52

Bakıda yaşadığı evdə xəsarət alan ahıl kişi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev yaşadığı Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Şirəliyev iyulun 2-si orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

0