Quba rayonunda müşahidə olunan leysan yağışları və sel suları bir sıra fəsadlara səbəb olub. Birinci Nügədi kəndinin Almaz Qazmalar yaşayış massivi ilə şəhər mərkəzini birləşdirən əsas yolun bir hissəsi çöküb. Nəticədə, burada təhlükəli vəziyyət yaranıb.
Baku TV-yə danışan vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.
"Burada yol nişanı yoxdur, təhlükəli vəziyyət yaranıb. Buraya düşən adam sağ çıxa bilər?!", - sakinlərdən biri söyləyib.
Digər bir kənd sakini isə qeyd edib: "Yol bərbad vəziyyətdədir. Təcili yardım maşınları gələndə xəstələri xərəkdə daşımaq məcburiyyətində qalırıq. Uşaqları digər tərəfə qucağımızda keçiririk".


