Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib.
Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.
Qeyd edək ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib.









