Hər yay təkrarlanan faciələr - Boğulma riskini artıran əsas səbəblər

HADİSƏ
13:30 / 21.07.2026
176

Çimərlik mövsümünün qızğın dövründə dənizdə baş verən bədbəxt hadisələr yenidən cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. 

Hər bir boğulma faktından sonra günahın kimdə olduğu ilə bağlı fərqli yanaşmalar səsləndirilir. Demək olar ki, hər gün bir neçə şəxs dənizdə çimərkən Xəzərin qurbanına çevrilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib ki, dənizdə istirahət zamanı təhlükəsizlik qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır:

405205

“Bunun üçün ilk addım çimmək məqsədilə seçilən məkanın rəsmi və təhlükəsizlik baxımından nəzarətdə olan ərazi olmasıdır. Xilasedicilərin xidmət göstərdiyi çimərliklərdə hər hansı fövqəladə hadisəyə operativ müdaxilə imkanı mövcuddur. Bu səbəbdən vətəndaşlara təsadüfi sahillərdən uzaq durmaq tövsiyə edilir”.

Ekspertin dediyinə görə, beynəlxalq statistikaya əsasən, hər il dünyada 400 mindən artıq insan suda həyatını itirir:

“Ümumiyyətlə, boğulma hadisələrinin böyük əksəriyyəti təhlükəsizlik nəzarəti olmayan çimərliklərdə qeydə alınır. Eyni zamanda, küləkli və ya əlverişsiz hava şəraitində suya daxil olmaq ölüm riskini daha da artırır. Azərbaycanda çimərliklərdə təhlükəsizliyin təmin edilməsini Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti həyata keçirir. Rəsmi məlumatlarda qeyd olunur ki, xidmətin nəzarət etdiyi çimərliklərdə indiyədək boğulma hadisəsi baş verməyib. Bu fakt bir daha göstərir ki, nəzarət olunan çimərliklər insanların təhlükəsiz istirahəti üçün ən etibarlı seçimdir”.

Günel Cəlilova

0