Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

HADİSƏ
14:17 / 07.08.2026
48

Tovuz rayonunda silahlı insident baş verib.

HİT.az xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib. Onun qadının qardaşı oğlu olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.

0