Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

HADİSƏ
12:50 / 11.08.2026
42

Avqustun 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumən 135, o cümlədən borclu şəxs qismində 113, itkin düşmüş kimi axtarışı aparılan 10, dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

0